İkili standartlar yolverilməzdir

XƏBƏR XƏTTİ
İlham Əliyev qatar qəzasına görə İspaniyaya başsağlığı verdi•“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər – Saxlanılanlar var+Video•Ondan qalan xatirə – “Bir şəkil”•Sabah bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü•Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? – VİDEO•Bu yollar sabahdan bağlı olacaq – Sürücülərin nəzərinə!•Pərviz Abubəkirov işdən çıxarıldı•İlham Əliyev qatar qəzasına görə İspaniyaya başsağlığı verdi•“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər – Saxlanılanlar var+Video•Ondan qalan xatirə – “Bir şəkil”•Sabah bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü•Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? – VİDEO•Bu yollar sabahdan bağlı olacaq – Sürücülərin nəzərinə!•Pərviz Abubəkirov işdən çıxarıldı•

Bu fikirləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı səsləndirib. Prezident: deyib ki, müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil

İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. İndi isə ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Əlbəttə, indiki vəziyyətimizlə bağlı “əziyyət çəkmək” ifadəsi bəlkə də çox sərt səslənir.

Müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə toxunan dövlətimizin başçısı bildirib::”Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik”. Bu təcrübəyə nəzər salınmalı olduğunu və müharibə tərəflərinin bunu tədqiq etməli olduqlarını deyən Prezident vurğulayıb ki, bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər”.

Dövlətimizin başçısı qeyd edib ki, hazırda bir çoxları Birləşmiş Millətlər Təşkilatında islahatlardan danışır. Təfərrüatlara çox varmaq istəmirəm, lakin hesab edirəm ki, mühüm məsələlərdən biri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır. Qeyd etdiyim kimi, biz 30 il bu vəziyyətlə üzləşmişik. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının azad olunmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Onlar icra olunmadı. Onların icrasını təmin edən mexanizm yox idi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi.

Azər İbişov,

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad    rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı

                                                                                                     

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt