Məktəbəqədər təhsildə kişi müəllimlərin sayı sıfıra yaxındır

XƏBƏR XƏTTİ
İlham Əliyev qatar qəzasına görə İspaniyaya başsağlığı verdi•“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər – Saxlanılanlar var+Video•Ondan qalan xatirə – “Bir şəkil”•Sabah bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü•Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? – VİDEO•Bu yollar sabahdan bağlı olacaq – Sürücülərin nəzərinə!•Pərviz Abubəkirov işdən çıxarıldı•İlham Əliyev qatar qəzasına görə İspaniyaya başsağlığı verdi•“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər – Saxlanılanlar var+Video•Ondan qalan xatirə – “Bir şəkil”•Sabah bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü•Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? – VİDEO•Bu yollar sabahdan bağlı olacaq – Sürücülərin nəzərinə!•Pərviz Abubəkirov işdən çıxarıldı•

2025/2026-cı tədris ilində Azərbaycanda məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin böyük əksəriyyəti qadınlardır.

Mecra.az xəbər verir ki, statistik göstəricilərə əsasən, qeyd olunan təhsil müəssisələrində ümumilikdə 160 min 846 müəllim fəaliyyət göstərir. Onların 135 min 962 nəfəri qadın, 24 min 884 nəfəri isə kişidir.

Məlumata görə, müəllimlərin 84,5 faizini qadınlar, 15,5 faizini isə kişilər təşkil edir.

Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin 99,9 faizi qadınların, 0,1 faizi isə kişilərin payına düşür.

Ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsində çalışan müəllimlərin 93,8 faizi qadınlar, 6,2 faizi kişilərdir. Ümumi orta və tam orta təhsil səviyyələrində isə qadınların payı 79,2 faiz, kişilərin payı 20,8 faiz təşkil edir. “AzEdu.az”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt