Rayonlarda leysan olacaq, dolu düşəcək

XƏBƏR XƏTTİ
Penitensiar xidmətə yeni rəis təyin edildi•Mirsaleh Seyidov vəzifəsindən azad edildi•İlham Əliyevin sosial şəbəkə hesablarında Dialoq Forumunun açılış mərasimdən paylaşım edilib – FOTO•Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı•Rayonlarda leysan olacaq, dolu düşəcək•İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü – FOTO•Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu•“Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız”•Penitensiar xidmətə yeni rəis təyin edildi•Mirsaleh Seyidov vəzifəsindən azad edildi•İlham Əliyevin sosial şəbəkə hesablarında Dialoq Forumunun açılış mərasimdən paylaşım edilib – FOTO•Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı•Rayonlarda leysan olacaq, dolu düşəcək•İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü – FOTO•Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu•“Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız”•

Oktyabrın 28-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. 

Mecra.az Milli Hidrometeorologiya Xidmətinə iatinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt