Qarabağda qaz infrastrukturu bərpa edilir

XƏBƏR XƏTTİ
Əməkdar həkim vəfat etdi•“Sülh hələ də kövrəkdir” – İlham Əliyev+VİDEO•“44”dən danışdılar…•20 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı•Pensiyalar bu tarixdə tam ödəniləcək•Qarabağda qaz infrastrukturu bərpa edilir•Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı – Yeni qərar•Əməkdar həkim vəfat etdi•“Sülh hələ də kövrəkdir” – İlham Əliyev+VİDEO•“44”dən danışdılar…•20 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı•Pensiyalar bu tarixdə tam ödəniləcək•Qarabağda qaz infrastrukturu bərpa edilir•Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı – Yeni qərar•

“Hazırda işğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur”.

Mecra.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev Xocavəndə təşkil olunan mediatur zamanı bildirib.

O qeyd edib ki, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad olunmuş ərazilərin qazlaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

“2023-cü ildə “Azəriqaz” tərəfindən Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdərə və Ağdam rayonlarında 22 yaşayış məntəqəsinin qaz təminatı məqsədilə ümumilikdə 101,43 km, 2024-cü ildə isə Laçın, Cəbrayıl, Kəlbəcər və Ağdərə rayonlarında 4 yaşayış məntəqəsi üzrə 56,16 km daşıyıcı və paylayıcı qaz kəməri çəkilib. Həmçinin Xankəndi şəhərində 53,5 km paylayıcı qaz kəməri işçi vəziyyətə gətirilib və yaşayış binaları, sosial və təhsil obyektlərinin qazanxanalarının təbii qazla təminatı həyata keçirilib.

2025-ci ilin köç qrafikinə uyğun olaraq, Birlik tərəfindən Şuşa, Ağdərə, Xocavənd və Xocalı rayonlarında 26 yaşayış məntəqəsinin qazlaşdırılması üçün 165,67 km yeni qaz kəməri çəkilib, 64,2 km xətt isə bərpa olunub. Bundan əlavə, Laçın və Zəngilan rayonlarında, Xankəndi şəhərində müxtəlif təyinatlı obyektlərin qaz təminatı üçün 20,42 km uzunluğunda daşıyıcı qaz kəməri çəkilib”.

Q.Abdullayev bildirib ki, qazlaşdırma layihələrinin icrası Böyük Qayıdış prosesinin mühüm infrastruktur istiqamətlərindən biri kimi davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt