“44”ün nümayişi zamanı çəkiliş aparanlar cəzalandırılacaq

XƏBƏR XƏTTİ
Əməkdar həkim vəfat etdi•“Sülh hələ də kövrəkdir” – İlham Əliyev+VİDEO•“44”dən danışdılar…•20 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı•Pensiyalar bu tarixdə tam ödəniləcək•Qarabağda qaz infrastrukturu bərpa edilir•Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı – Yeni qərar•Əməkdar həkim vəfat etdi•“Sülh hələ də kövrəkdir” – İlham Əliyev+VİDEO•“44”dən danışdılar…•20 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı•Pensiyalar bu tarixdə tam ödəniləcək•Qarabağda qaz infrastrukturu bərpa edilir•Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı – Yeni qərar•

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi “44” bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib.

Mecra.az xəbər verir ki, müraciətdə bildirilib:

“44” bədii filmi xalqımızın qəhrəmanlıq tarixini, Vətənə bağlılığını və sarsılmaz birliyini ekranlara gətirən, müharibənin ağır sınaqları fonunda insan talelərindən, fədakarlıqdan və ümiddən bəhs edən təsirli bir əsərdir. Filmin yaradıcı heyəti bu mühüm hekayəni böyük zəhmət və məsuliyyətlə ərsəyə gətirib.

Bildiririk ki, seanslar zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılması yolverilməzdir. Bu cür hərəkətlər filmin istehsalçısına, yaradıcı heyətə və filmi izləməyə gələn digər tamaşaçılara qarşı hörmətsizlikdir.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əsərin surətinin çıxarılması müəlliflik hüququ sahibinin müstəsna hüquqlarına daxildir. Qanunda surətçıxarma anlayışına videoyazı formasında hazırlanma da daxildir. Buna görə filmin icazəsiz qeydə alınması və xüsusilə həmin görüntülərin paylaşılması müəlliflik hüquqlarının və qanunvericiliyin tələblərinin pozulmasına səbəb ola bilər.

Tamaşaçılardan seanslar zamanı filmin mobil telefon və ya digər cihazlarla qeydə alınmamasını, habelə filmə aid görüntülərin hüquq sahibinin icazəsi olmadan yayılmamasını qəti şəkildə tələb edirik. Bu tələblərin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə, qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165.1-ci və 165.2-ci maddələrinə əsasən məsuliyyətə səbəb ola bilər.

Qanun pozuntusu faktları aşkar edildikdə təqsirli şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt