Xarici turist onlara hesabın normal qiymətdən dəfələrlə artıq təqdim edildiyini iddia edir.
“Qafqazinfo”nun məlumatına görə, o qeyd edib ki “Atəşgah” restoranında yeməyin qiyməti menyuda göstəriləndən artıq tələb olunub:
“Azərbaycan dilində səlis danışan yoldaşımız turistlər üçün deyil, adi menyu istədi. Oradakı qiymətlərlə sifarişimizi verdik. Hesab gələndə isə bizə hər yeməyin qiyməti 2 dəfə baha göstərildi.
Ofisiantı çağırıb xahiş etdik ki, məbləğ əvvəlki menyudakı qiymətlərlə hesablansın. Bunun üçün düz 4 dəfə xahiş etdik. Hər dəfə gətirilən hesab əvvəlkindən 20 manat ucuz olsa da, yenə də sifariş verdiyimiz qiymətlərə uyğun gəlmirdi”.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında: