30° isti olacaq – Sabahın havası

XƏBƏR XƏTTİ
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” – VİDEO•Bakının bu rayonunda iki gün su olmayacaq – Xəbərdarlıq•Xalq artistinin ailəsində ağır itki•Prezidentin bir həftəsi… – VİDEO•Rəis müavini faciəvi şəkildə HƏYATINI İTİRDİ•Yollarda duman olacaq – Sürücülərin nəzərinə!•Hava pisləşəcək – Yağış, dolu, şimşək, sel•Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi – FOTO•“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” – VİDEO•Bakının bu rayonunda iki gün su olmayacaq – Xəbərdarlıq•Xalq artistinin ailəsində ağır itki•Prezidentin bir həftəsi… – VİDEO•Rəis müavini faciəvi şəkildə HƏYATINI İTİRDİ•Yollarda duman olacaq – Sürücülərin nəzərinə!•Hava pisləşəcək – Yağış, dolu, şimşək, sel•Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi – FOTO•

Azərbaycanda oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Mecra.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt