Ölkəmiz AQEM-in inkişafına töhfələr verir

XƏBƏR XƏTTİ
Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”•17 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•Bu yol bağlı olacaq – Sürücülərin nəzərinə!•Ramiz Mehdiyev YAP-dan çıxarıldı•Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”•17 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•Bu yol bağlı olacaq – Sürücülərin nəzərinə!•Ramiz Mehdiyev YAP-dan çıxarıldı•

Azərbaycan AQEM-in 28 üzv dövlətindən biri olaraq bu platformanın formalaşmasının ilk mərhələlərindən həmin təşəbbüsü dəstəkləmiş və sonrakı dövrdə onun fəaliyyətində fəal iştirak etmişdir. Eyni zamanda AQEM-də sədrlik Azərbaycanın Asiya istiqamətində xarici siyasətinin mühüm mərhələsi kimi qiymətləndirilə bilər.

Azərbaycan Prezidenti İlham Əliyev AQEM-in 15 oktyabr tarixində Bakıda keçirilən 7-ci Zirvə görüşündə nitqində bildirib ki, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir. Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir.

Azərbaycanın 2024-2026-cı illərdə AQEM-ə sədrliyi “Güclü AQEM: Asiyada əlaqəlilik, rəqəmsallaşma və davamlı inkişaf” şüarı altında həyata keçirilir. Azərbaycan tərəfi fəaliyyətin üç əsas istiqamətini müəyyən etmişdir: AQEM-in institusional inkişafı və transformasiyası, etimad tədbirlərinin həyata keçirilməsi vasitəsilə praktiki əməkdaşlığın genişləndirilməsi, habelə AQEM-in digər beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyətinin gücləndirilməsi.

Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir.

Rafiq Ağayev,

YAP Cəlilabad Rayon Təşkilatının sədr müavini

                                                                               

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt