Zelenski bu şərtlə seçkilərə gedəcəyini açıqladı

XƏBƏR XƏTTİ
Rusiya və Ukrayna razılığa gəldi – Enerji atəşkəsi elan edildi•Zelenski bu şərtlə seçkilərə gedəcəyini açıqladı•Sabah bu rayonun kəndlərində işıq olmayacaq – Xəbərdarlıq•Biləsuvarda “Niva” “Mersedes”lə toqquşdu – Ölən var-Video-Fotolar•“Mənə elə gəlir ki, müəllimlərin geyiminə qadağa qoymaq olmaz”•Məktəbli övladı olan valideynlərə şad xəbər – Yenilik açıqlandı•Türkiyədə dəhşətli qəza – 11 nəfər öldü-VİDEO•Yağış yağacaq, külək əsəcək – Sabahın havası•Rusiya və Ukrayna razılığa gəldi – Enerji atəşkəsi elan edildi•Zelenski bu şərtlə seçkilərə gedəcəyini açıqladı•Sabah bu rayonun kəndlərində işıq olmayacaq – Xəbərdarlıq•Biləsuvarda “Niva” “Mersedes”lə toqquşdu – Ölən var-Video-Fotolar•“Mənə elə gəlir ki, müəllimlərin geyiminə qadağa qoymaq olmaz”•Məktəbli övladı olan valideynlərə şad xəbər – Yenilik açıqlandı•Türkiyədə dəhşətli qəza – 11 nəfər öldü-VİDEO•Yağış yağacaq, külək əsəcək – Sabahın havası•

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinin 60 günlük atəşkəsə razılıq verəcəyi təqdirdə ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bəyan edib.

“Qafqazinfo” “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, Zelenskinin bu sensasion gedişi ABŞ Prezidenti Donald Trampın kəskin bəyanatlarından dərhal sonraya təsadüf edir.

Qeyd edək ki, bundan öncə Ağ Ev rəhbəri ukraynalılara yeni lider seçməyi tövsiyə edərək, Zelenskinin “saziş bağlamaq qabiliyyətinin olmadığını” və Rusiya ilə dil tapa bilmədiyini vurğulamışdı. Həmçinin Tramp Kiyevin Rusiya neft emalı zavodlarına zərbələri dayandırmaq tələblərinə məhəl qoymamasından gileylənərək, kəşfiyyat məlumatlarının verilməsini dayandırmaqla hədələmişdi.

Nəşr onu da diqqətə çatdırıb ki, Trampın açıqlaması Zelenskinin ətrafında şok effekti yaradıb. Ukrayna lideri dərhal bir neçə Avropa dövlət başçısı ilə təcili telefon danışıqları aparıb və Vaşinqtonun ultimatumunu faktiki olaraq rədd edib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt