“Mənə elə gəlir ki, müəllimlərin geyiminə qadağa qoymaq olmaz”

XƏBƏR XƏTTİ
“Mənə elə gəlir ki, müəllimlərin geyiminə qadağa qoymaq olmaz”•Məktəbli övladı olan valideynlərə şad xəbər – Yenilik açıqlandı•Türkiyədə dəhşətli qəza – 11 nəfər öldü-VİDEO•Yağış yağacaq, külək əsəcək – Sabahın havası•12 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Ayaz Vəfalı vəfat etdi•Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür•Azərbaycanda müğənni əməliyyatdan sonra öldü – FOTO•“Mənə elə gəlir ki, müəllimlərin geyiminə qadağa qoymaq olmaz”•Məktəbli övladı olan valideynlərə şad xəbər – Yenilik açıqlandı•Türkiyədə dəhşətli qəza – 11 nəfər öldü-VİDEO•Yağış yağacaq, külək əsəcək – Sabahın havası•12 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Ayaz Vəfalı vəfat etdi•Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür•Azərbaycanda müğənni əməliyyatdan sonra öldü – FOTO•

“Vahid məktəbli forması ola bilər, amma vahid müəllim forması yox. Müəllim elə geyinməlidir ki, şagird onun geyiminə baxıb estetik zövq alsın, ondan öyrənsin. Müəllimlər də forma geyəcəklərsə, onda onların geyimlərinin şəhərin bahalı restoranlarında işləyən ofisiantların geyimlərindən heç bir fərqləri olmayacaq”.

Bunu Mecra.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. O, bildirib ki, müəllimin vəzifəsi təkcə dərs demək deyil, onun vəzifəsi eyni zamanda tərbiyə etdiyi uşaqlarda estetik zövqün, gözəlliyin formalaşdırılmasıdır:

“Onun vəzifəsi odur ki, insanlara gözəlliyə, səmimiyyətə, əxlaqa, gözəl geyinməyə hisslər formalaşdırsın. Şagird müəlliminin geyiminə baxıb ondan bir şey götürə bilər, geyimi, davranmağı, ətrafa münasibəti öyrənə bilər. Mənə elə gəlir ki, müəllimlərin geyiminə qadağa qoymaq olmaz. Əksinə onların gözəl geyinməklərinə şərait yaratmaq və maaşlarını artırmaq lazımdır. Təəssüf ki, bu gün məktəblərdə doxsan faiz çalışanlar qadınlardır. Yüksək maaş verib kişi müəllimləri məktəblərə qaytarmaq lazımdır. Ona görə məktəbdə çox problemlər yaranır”.

Xalq şairi son günlər məktəblərdə müzakirələrə səbəb olan hicab məsələsinə də toxunub:

“Məktəbli formasını başa düşdük. Axı kiminsə başını bağlamasına niyə qadağa qoyurlar ki. İnsanların öz konstitusiyon hüquqları var axı.   Kişilərimiz də başına papaq qoyur, onda deyək ki, niyə papaq qoyursunuz?! Hicab məsələsinə görə cəmiyyəti qarışdırmaq olmaz. Dövlət səviyyəsində bu söz-söhbətlərə son qoyulmalıdır. Hicaba qadağa qoyunca, efirlərdə qısa ətək geyib insanların əxlaqını pozan müğənnilərə qadağa qoysunlar. Başını bağlayanın ürəyi sıxılmırsa, ona baxanın niyə ürəyi sıxılır, onu başa düşə bilmirəm. Görünür kimlərsə məqsədyönlü şəkildə qarışıqlıq yaratmaq üçün bunu qızışdırırlar”.

Vasif ƏLİHÜSEYN

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt