Türkiyədə dəhşətli qəza – 11 nəfər öldü-VİDEO

XƏBƏR XƏTTİ
“Mənə elə gəlir ki, müəllimlərin geyiminə qadağa qoymaq olmaz”•Məktəbli övladı olan valideynlərə şad xəbər – Yenilik açıqlandı•Türkiyədə dəhşətli qəza – 11 nəfər öldü-VİDEO•Yağış yağacaq, külək əsəcək – Sabahın havası•12 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Ayaz Vəfalı vəfat etdi•Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür•Azərbaycanda müğənni əməliyyatdan sonra öldü – FOTO•“Mənə elə gəlir ki, müəllimlərin geyiminə qadağa qoymaq olmaz”•Məktəbli övladı olan valideynlərə şad xəbər – Yenilik açıqlandı•Türkiyədə dəhşətli qəza – 11 nəfər öldü-VİDEO•Yağış yağacaq, külək əsəcək – Sabahın havası•12 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Ayaz Vəfalı vəfat etdi•Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür•Azərbaycanda müğənni əməliyyatdan sonra öldü – FOTO•

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda tur avtobusu ilə evakuatorun toqquşması nəticəsində qəza baş verib.

“Qafqazinfo” “TRT Haber”ə istinadla xəbər verir ki, qəzada 11 nəfər həyatını itirib, 27 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə Gebze-Orhangazi-İzmir magistral yolunun Akhisar keçid məntəqəsi yaxınlığında qeydə alınıb. Faciə barədə məlumat daxil olan kimi əraziyə çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürmə və polis briqadaları cəlb edilib.

“Saat 11:11-də Akhisar magistralının girişi yaxınlığında Bursadan İzmir istiqamətinə hərəkət edən tur avtobusu və evakuatorun toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal xilasetmə və tibb heyəti yönləndirilib. Qəza nəticəsində 11 vətəndaşımız həlak olub, 27 vətəndaşımız yaralanıb. Xəsarət alanların təcili olaraq xəstəxanalara evakuasiyası təmin edilib”, – deyə Manisa Valiliyindən verilən rəsmi bəyanatda bildirilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt