Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

XƏBƏR XƏTTİ
Qaradağda palçıq vulkanı püskürdü – VİDEO•PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•26 noyabrda bizi nə gözləyir? – Ulduz falı•“Döyüş meydanında əldə edilən Qələbə siyasi və diplomatik müstəvidə də öz təsdiqini tapdı”•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•Qaradağda palçıq vulkanı püskürdü – VİDEO•PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•26 noyabrda bizi nə gözləyir? – Ulduz falı•“Döyüş meydanında əldə edilən Qələbə siyasi və diplomatik müstəvidə də öz təsdiqini tapdı”•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•

Qarabağ Universitetinin müəllimi Nuranə Asif qızı Məmmədova Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

“Qafqazinfo”nun məlumatına görə, 1999-cu il avqustun 22-də Göygöl rayonunda anadan olan Nuranə Məmmədova 2016-cı ildə 687 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunaraq Prezident təqaüdünə layiq görülüb.

O, 2020-ci ildə Bakı Dövlət Universitetinin bakalavriat, 2022-ci ildə isə əqli mülkiyyət hüququ ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib.

Hər iki pillədə ingilis dilində təhsil alıb. Əmək fəaliyyəti dövründə müxtəlif hüquq sahələrində çalışıb, Bakı İnzibati Məhkəməsində məhkəmə iclas katibi, həmçinin vəkil kimi fəaliyyət göstərib.

2024-cü ildən Qarabağ Universitetində pedaqoji fəaliyyətə başlayan Nuranə Məmmədova universitetin Humanitar və sosial elmlər fakültəsində müəllim vəzifəsində çalışıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt