“Azərişıq” cənub regionunda fasiləsiz çalışır – VİDEO

XƏBƏR XƏTTİ
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu – Təfərrüat – FOTO•Qarabağ Universitetinin müəllimi hakim təyin olundu•Maşından son anda qaçmasaydı, faciə olacaqdı – Ölümlə üz-üzə…+VİDEO•“Azərişıq” cənub regionunda fasiləsiz çalışır – VİDEO•Prezident Ramzan Kadırovla “Ağ Şəhər”də – FOTOLAR•İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTOLAR•Yeni təyin olunan hakim şəhid qardaşıdır•Məktəblilər belə geyinməlidir – VİDEO•Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu – Təfərrüat – FOTO•Qarabağ Universitetinin müəllimi hakim təyin olundu•Maşından son anda qaçmasaydı, faciə olacaqdı – Ölümlə üz-üzə…+VİDEO•“Azərişıq” cənub regionunda fasiləsiz çalışır – VİDEO•Prezident Ramzan Kadırovla “Ağ Şəhər”də – FOTOLAR•İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTOLAR•Yeni təyin olunan hakim şəhid qardaşıdır•Məktəblilər belə geyinməlidir – VİDEO•

Cənub regionunda müşahidə olunan güclü külək, intensiv yağış və dolu yağması, xüsusilə Masallı və Lənkəranın  kənd və qəsəbələrində, qismən də Lerik və Yardımlının bir neçə yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.

Mecra.az xəbər verir ki, buna səbəb güclü küləyin elektrik dayaqlarını aşırması, həmçinin ağacların qırılaraq yüksək gərginlikli xətlərin üzərinə düşməsi və nəticədə qəzaların yaranmasıdır.

Leysan xarakterli intensiv yağışların və dolunun yağması yollarda nəqliyyatın hərəkətini olduqca çətinləşdirir. Üstəlik aşan ağacları kəsib götürmək və qəzalı vəziyyətə düşmüş dayaqları ərazidən kənarlaşdırmaq “Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır.

Qeyri-sabit hava şəraitində bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün fasiləsiz çalışır. Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt