Yol polisi sürücülərə müraciət etdi

XƏBƏR XƏTTİ
Prezident 7 rayonun icra başçısı ilə bağlı sərəncam imzaladı•Uşaqları kitab oxumağa necə cəlb etmək olar? – Psixoloqdan mühüm tövsiyələr•Putin Trampa nə vəd etdi? – Telefon danışığının detalları açıqlandı•Yol polisi sürücülərə müraciət etdi•Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi – Siyahı•Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•Prezident 7 rayonun icra başçısı ilə bağlı sərəncam imzaladı•Uşaqları kitab oxumağa necə cəlb etmək olar? – Psixoloqdan mühüm tövsiyələr•Putin Trampa nə vəd etdi? – Telefon danışığının detalları açıqlandı•Yol polisi sürücülərə müraciət etdi•Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi – Siyahı•Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? – VİDEO•Cəlilabadın inkişaf salnaməsində yeni səhifə: Rafiq Cəlilovun idarəçilik yolu•Çindən Azərbaycana avtomobil idxalı kəskin azaldı – VİDEO•

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər.

Mecra.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, yaş yol örtüyü nəqliyyat vasitəsinin idarə olunmasına və əyləc məsafəsinin uzanmasına təsir göstərir: “Belə şəraitdə yol nişanlarını, nişanlama xətlərini və digər hərəkət iştirakçılarını vaxtında görmək çətinləşdiyindən sürücülərin daha diqqətli və ehtiyatlı olmaları vacibdir.

Hazırda yağışlı hava ilə müşahidə olunan həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı və hava şəraitinə uyğun hərəkət etməyi tövsiyə edir. Sürücülər sürət həddini yol və görünüş şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsini saxlamalı, texniki nasazlığı olan nəqliyyat vasitələri ilə yola çıxmamalı, ötmə və manevr zamanı, eləcə də dayanma və durma yerlərini seçərkən təhlükəsizlik tələblərinə ciddi əməl etməlidirlər.

Yollarda diqqətli və məsuliyyətli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri müraciətdə qeyd olunan tövsiyələrə ciddi yanaşmağa, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alaraq hərəkət etməyə çağırır”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt