Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq

XƏBƏR XƏTTİ
PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•26 noyabrda bizi nə gözləyir? – Ulduz falı•“Döyüş meydanında əldə edilən Qələbə siyasi və diplomatik müstəvidə də öz təsdiqini tapdı”•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•İslam Rzayevin bu əmlakları üzərinə həbs qoyuldu•PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•26 noyabrda bizi nə gözləyir? – Ulduz falı•“Döyüş meydanında əldə edilən Qələbə siyasi və diplomatik müstəvidə də öz təsdiqini tapdı”•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•İslam Rzayevin bu əmlakları üzərinə həbs qoyuldu•

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 9-da Xətai rayonunda 10/0.4 kV-luq Transformator Məntəqəsində (TM) təmir, Binəqədidə isə 6 kV-luq “Masazır-1” və “Masazır-2” hava xətlərində yenidənqurma işləri aparılacaq.

Mecra.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 15:00-dək Gəncə prospektinin bir hissəsində və 191 saylı məktəbin ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt