“Sülh və sabitlik üçün bu təhlükəni tamamilə aradan qaldırmaq vacibdir”

XƏBƏR XƏTTİ
Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb – Cəlilabaddakı qətlin pərdəarxası•“Sülh və sabitlik üçün bu təhlükəni tamamilə aradan qaldırmaq vacibdir”•İlham Əliyev Putinlə Türkmənistanda ayaqüstü söhbət etdi•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Cəbrayılda minaya düşən ata-oğul ŞƏHİD AİLƏSİDİR•Cəbrayıldakı mina partlayışları ilə bağlı XİN-dən açıqlama•Həmin çobanın atası da eyni yerdə minaya düşdü•Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi – FOTO•Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb – Cəlilabaddakı qətlin pərdəarxası•“Sülh və sabitlik üçün bu təhlükəni tamamilə aradan qaldırmaq vacibdir”•İlham Əliyev Putinlə Türkmənistanda ayaqüstü söhbət etdi•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Cəbrayılda minaya düşən ata-oğul ŞƏHİD AİLƏSİDİR•Cəbrayıldakı mina partlayışları ilə bağlı XİN-dən açıqlama•Həmin çobanın atası da eyni yerdə minaya düşdü•Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi – FOTO•

“Qarabağdakı erməni separatizminin biabırçı və xalq üçün faciəli sonluğu deyəsən hamı üçün dərs olmayıb. Qərbdəki və Rusiyadakı bəzi siyasi dairələr, xüsusən erməni kilsəsi “bəlkə də qaytardılar” xülyası ilə hələ də ölünü diriltmək və bu kartdan Azərbaycana qarşı istifadə etmək istəyirlər”.

Mecra.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib.

“Amma N.Paşinyan parlamentdəki son çıxışında bu siyasəti tənqid edib və separatçıların Ermənistanda hansısa qurum formasında fəaliyyət göstərmələrinin qarşısının alınacağını deyib. O, Yerevandakı “Qarabağ nümayəndəliyi” deyilən oyuncaq qurumu da qanundankənar elan edib, bu faktı ikihakimiyyətlilik kimi qiymətləndirib. Təbii ki, erməni separatizminin hələ də nəfəs alması, ilk növbədə Ermənistan hakimiyyəti üçün, daha geniş mənada isə Bakı-Yerevan sülh dialoqu üçün təhlükədir. Deməli, sülh və sabitlik üçün bu təhlükəni tamamilə aradan qaldırmaq vacibdir”, – deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt