“Piano Hall”da nöqsanlar aşkarlandı – FOTOLAR

XƏBƏR XƏTTİ
Bu yolda təmir başlayır – Sürücülərin nəzərinə!•“Piano Hall”da nöqsanlar aşkarlandı – FOTOLAR•Paşinyan: “Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib”•Ermənistanın müdafiə naziri: “Saxlanılan Azərbaycan əsgəri diversant deyil”•8 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Masallının beş kəndinin qazı kəsiləcək – Xəbərdarlıq•Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman•Müəllimlər bu geyimlərdə dərsə gəlməlidir•Bu yolda təmir başlayır – Sürücülərin nəzərinə!•“Piano Hall”da nöqsanlar aşkarlandı – FOTOLAR•Paşinyan: “Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib”•Ermənistanın müdafiə naziri: “Saxlanılan Azərbaycan əsgəri diversant deyil”•8 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Masallının beş kəndinin qazı kəsiləcək – Xəbərdarlıq•Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman•Müəllimlər bu geyimlərdə dərsə gəlməlidir•

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən, fiziki şəxs Aslanlı Raul Samir oğluna məxsus “Piano Hall” şadlıq evində yoxlama keçirib.

Mecra.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı ictimai iaşə obyektində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib:

“Belə ki, şadlıq evinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Obyektdə istehlaka yararsız göbələk, müşayiətedici sənədi olmayan süni kürü, mənşəyi məlum olmayan süd məhsulları, üzərində hazırlanma tarixləri qeyd edilməyən yarımfabrikatlar aşkarlanıb. Eyni zamanda, menyuda süni kürünün istifadəsi ilə bağlı qeydin aparılmadığı, məhsulların temperatur rejiminə riayət edilmədiyi, mətbəxdə istifadə olunan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt