Ermənistanın müdafiə naziri: “Saxlanılan Azərbaycan əsgəri diversant deyil”

XƏBƏR XƏTTİ
Qaradağda palçıq vulkanı püskürdü – VİDEO•PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•26 noyabrda bizi nə gözləyir? – Ulduz falı•“Döyüş meydanında əldə edilən Qələbə siyasi və diplomatik müstəvidə də öz təsdiqini tapdı”•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•Qaradağda palçıq vulkanı püskürdü – VİDEO•PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•26 noyabrda bizi nə gözləyir? – Ulduz falı•“Döyüş meydanında əldə edilən Qələbə siyasi və diplomatik müstəvidə də öz təsdiqini tapdı”•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•

“Azərbaycanlı əsgər saxlanılma zamanı heç bir müqavimət göstərməyib”.

Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə oktyabrın 7-də parlamentdəki hökumət saatında Ermənistanın müdafiə naziri Suren Papikyan açıqlama verib.

“Bu amilin özü onun diversant olmadığını göstərir”, – deyə nazir bildirib.

Papikyanın sözlərinə görə, səlahiyyətli orqanlar insident barədə məlumat əldə etdikdən sonra zəruri tədbirlər görülüb, eləcə də axtarış əməliyyatları aparılıb.

“Azərbaycan əsgəri ilə bağlı müfəssəl məlumatı yalnız xidməti araşdırma və istintaq hərəkətləri başa çatdıqdan sonra vermək mümkün olacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, oktyabrın 1-i yerli vaxtla saat 14:15-də (Bakı vaxtı ilə eyni – red.) Azərbaycan hərbçisi Nəsimi Musayev Ermənistanın təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb. Məlum olmayan şəraitdə Zəngəzurun Şəki kəndi istiqamətində sərhəd xəttini keçən hərbi qulluqçu barəsində iki ay müddətinə həbs qərarı çıxarılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt