Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi – FOTOLAR – VİDEO

XƏBƏR XƏTTİ
İlham Əliyev Vladimir Putinə zəng etdi•Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı•Altı rayon niyə hələ də susuz qalıb?•Bakıda ağır qəza – 3 ölü, 2 yaralı•Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi – FOTOLAR – VİDEO•Pensiyalar bu tarixdə ödəniləcək•Sabah hava necə keçəcək? – Proqnoz•Ov mövsümü başlayır•İlham Əliyev Vladimir Putinə zəng etdi•Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı•Altı rayon niyə hələ də susuz qalıb?•Bakıda ağır qəza – 3 ölü, 2 yaralı•Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi – FOTOLAR – VİDEO•Pensiyalar bu tarixdə ödəniləcək•Sabah hava necə keçəcək? – Proqnoz•Ov mövsümü başlayır•

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 6-da və 7-də Şəki şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Mecra.az xəbər verir ki, nazir əvvəlcə Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Sonra Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 263 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 258 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

 







Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt