“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO

XƏBƏR XƏTTİ
Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Çində elektromobillərin satışları rekord vurur•Bu gün “Qarabağ”ın oyunu var•Vasif Əlihüseynə ağır itki üz verdi – FOTO•Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi – VİDEO•Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü – Təfərrüat•22 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Çində elektromobillərin satışları rekord vurur•Bu gün “Qarabağ”ın oyunu var•Vasif Əlihüseynə ağır itki üz verdi – FOTO•Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi – VİDEO•Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü – Təfərrüat•22 noyabrda bizi nə gözləyir? – Ulduz falı•

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb.

Mecra.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb.

Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən ixtisası üzrə döyüşlərə qatılıb. Bir neçə gün bundan əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfin (Rusiya) PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Qeyd edək ki, V.Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olub. 1993-94-cü illərdə dissertasiya yazıb, Moskvada müdafiə edərək tibb elmləri namizədi adını alıb.

Onu da bildirək ki, Vahab Quliyev, məşhur “Nənələr” folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, 30 ilədən çox idi ki, Ukraynada yaşayırdı.

Hazırda V.Quliyevin meyitinin Azərbaycana gətirilib, doğulduğu kənddə dəfn olunması üçün tədbirlər görülür. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt