Bu yollar saat 15:00-dan bağlı olacaq

XƏBƏR XƏTTİ
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu – FOTO•Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu – FOTO•Bu yollar saat 15:00-dan bağlı olacaq•Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI•Məhkəmə Rəşid Mahmudov barəsində qərar verib — Şikayətçi tanınmış MÜĞƏNNİDİR•DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”•“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”•“Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır” – VİDEO•

Bu gün saat 15:00-dan etibarən paytaxtın bəzi ərazilərində təmir işləri aparılacaq.

Mecra.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq: “Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində və Sabunçu rayonunda Zabrat–Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsi Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə təmir işləri görüləcək. Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt