DTX rəisi: “913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb”

XƏBƏR XƏTTİ
Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Çində elektromobillərin satışları rekord vurur•Bu gün “Qarabağ”ın oyunu var•Vasif Əlihüseynə ağır itki üz verdi – FOTO•Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi – VİDEO•Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü – Təfərrüat•22 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Çində elektromobillərin satışları rekord vurur•Bu gün “Qarabağ”ın oyunu var•Vasif Əlihüseynə ağır itki üz verdi – FOTO•Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi – VİDEO•Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü – Təfərrüat•22 noyabrda bizi nə gözləyir? – Ulduz falı•

“2026-cı ilin 1 oktyabrınadək 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanaraq götürülüb”.

Mecra.az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”da deyib.

O bildirib ki, insan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir. Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud pozuntularıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir:

“Məhkəmə molekulyar-genetik ekspertizaları nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 273 nəfərin qalıqları ailələrinə təhvil verilərək milli və dini ənənələrə uyğun dəfn edilmişdir. Dəfn olunanların 225 nəfəri hərbçi, 48 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 15 nəfəri qadın, iki nəfəri azyaşlıdır”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt