Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş – Foto

XƏBƏR XƏTTİ
Lökbatanda itlər sakinə hücum etdi – Həmin gün 5-ci hadisə imiş – VİDEO•İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı – VİDEO•Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar – VİDEO•Zelenski bugünkü görüşdən yazdı•Prezident xanımı ilə Türkiyəyə getdi – FOTOLAR•11 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Biləsuvarda sabiq məmur doğum günündə vəfat etdi•Nəvəsinin andiçməsinə gedən 84 yaşlı Astara sakini itkin düşdü – FOTOLAR•Lökbatanda itlər sakinə hücum etdi – Həmin gün 5-ci hadisə imiş – VİDEO•İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı – VİDEO•Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar – VİDEO•Zelenski bugünkü görüşdən yazdı•Prezident xanımı ilə Türkiyəyə getdi – FOTOLAR•11 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Biləsuvarda sabiq məmur doğum günündə vəfat etdi•Nəvəsinin andiçməsinə gedən 84 yaşlı Astara sakini itkin düşdü – FOTOLAR•

Xəbər verdiyimiz kimi, Qara dənizin Rumıniya sahillərində “Palmali” şirkətinə məxsus gəminin dronla vurulması nəticəsində azərbaycanlı kapitan həlak olub, bir nəfər isə itkin düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hücum nəticəsində vəfat edən gəmi kapitanı Rüstəm Həsənov ehtiyatda olan hərbçi olub.

O, uzun müddət Hərbi Dəniz Qüvvələrində xidmət edib və polkovnik rütbəsinədək yüksəlib. Bir müddət əvvəl ordudan tərxis edilən R.Həsənov mülki sahəyə keçib və “Palmali”də gəmi kapitanı kimi işə düzəlib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, oktyabrın 5-i hücum zamanı gəminin kapitanı 52 yaşlı Rüstəm Həsənov həlak olub. 24 yaşlı Məhəmməd Süleymanzadə isə itkin düşüb. Hazırda onun axtarışları davam edir.

Şahidlər Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı yük gəmisinin dronla vurulduğunu deyiblər.

Nazirlik bildirib ki, gəmidə olan digər Azərbaycan vətəndaşları xilas edilib. Onlardan üçü xəstəxanada müalicə alır.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumla bağlı deyib ki, qarğıdalı daşıyan, Türkiyə operatorlu mülki gəmi neytral sularda Rusiyanın dron hücumuna məruz qalıb. Zelenski bildirib ki, gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub.

Hadisədən sonra Rumıniya rəsmiləri xilasetmə əməliyyatı keçirib. Gəmidə olan 13 nəfərdən 11-i xilas edilib.

Xəsarət alanlardan biri də Masallı rayonunun Digah kənd sakini Coşqun Məmmədəliyevdir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt