“Həmin hərbçini təhvil verə bilməyimiz üçün bizə məhbuslardan birini verin” – Paşinyan

XƏBƏR XƏTTİ
Lökbatanda itlər sakinə hücum etdi – Həmin gün 5-ci hadisə imiş – VİDEO•İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı – VİDEO•Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar – VİDEO•Zelenski bugünkü görüşdən yazdı•Prezident xanımı ilə Türkiyəyə getdi – FOTOLAR•11 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Biləsuvarda sabiq məmur doğum günündə vəfat etdi•Nəvəsinin andiçməsinə gedən 84 yaşlı Astara sakini itkin düşdü – FOTOLAR•Lökbatanda itlər sakinə hücum etdi – Həmin gün 5-ci hadisə imiş – VİDEO•İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı – VİDEO•Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar – VİDEO•Zelenski bugünkü görüşdən yazdı•Prezident xanımı ilə Türkiyəyə getdi – FOTOLAR•11 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Biləsuvarda sabiq məmur doğum günündə vəfat etdi•Nəvəsinin andiçməsinə gedən 84 yaşlı Astara sakini itkin düşdü – FOTOLAR•

“Cinayət işimizlə bağlı proseslər Ermənistanda həyata keçiriləcək. Hələlik sərhədi keçərək Şakidə saxlanılan Azərbaycan hərbçisi Ermənistanda qalacaq. İstintaq davam edir və o, hazırda həbsdədir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Infocom” nəşrinin “Ctrl Z” proqramına müsahibəsində danışıb.

“Bunlar ayrı-ayrı məsələlərdir. Əvvəllər də oxşar hallar baş verib. Sərhədi keçən hərbçilərlə bağlı proseslərə və onların qaytarılması məsələsinə digər bütün işlərdən ayrı yanaşmaq barədə razılığımız var”, – deyə Paşinyan Azərbaycan hərbçisinin Bakıda saxlanılan erməni məhbuslarla dəyişdirilməsi planının olub-olmaması ilə bağlı suala cavabında bildirib.

“Təsəvvür edin ki, onlara deyirik, “Həmin hərbçini təhvil verə bilməyimiz üçün bizə məhbuslardan birini verin”. Bəs sabah hansısa əsgərimiz onlar tərəfə keçsə, kimi təhvil verəcəyik?” – deyə o əlavə edib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt