Yağış yağacaq – Sabahın havası

XƏBƏR XƏTTİ
Gəncədə vəzifəli şəxs işdən azad edildi•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Çində elektromobillərin satışları rekord vurur•Bu gün “Qarabağ”ın oyunu var•Vasif Əlihüseynə ağır itki üz verdi – FOTO•Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi – VİDEO•Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü – Təfərrüat•Gəncədə vəzifəli şəxs işdən azad edildi•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Çində elektromobillərin satışları rekord vurur•Bu gün “Qarabağ”ın oyunu var•Vasif Əlihüseynə ağır itki üz verdi – FOTO•Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi – VİDEO•Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü – Təfərrüat•

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. 

Mecra.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir.

Bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinci yarısından yağış tədricən kəsiləcək. Cənub-şərq küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunndan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər saatlarında bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Axşamdan yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt