Ermənistan parlamentində əlbəyaxa dava – VİDEO

XƏBƏR XƏTTİ
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu•Gəncədə vəzifəli şəxs işdən azad edildi•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Çində elektromobillərin satışları rekord vurur•Bu gün “Qarabağ”ın oyunu var•Vasif Əlihüseynə ağır itki üz verdi – FOTO•Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi – VİDEO•Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu•Gəncədə vəzifəli şəxs işdən azad edildi•Bu şəxslər üçün imtahan keçiriləcək•Yağış yağacaq – Sabahın havası•Çində elektromobillərin satışları rekord vurur•Bu gün “Qarabağ”ın oyunu var•Vasif Əlihüseynə ağır itki üz verdi – FOTO•Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi – VİDEO•

Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə “Güclü Ermənistan” partiyasının deputatları arasında dava düşüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə parlamentin bugünkü iclası zamanı qeydə alınıb.

Belə ki, müxalif partiyanın üzvü Edqar Kazaryan çıxışı zamanı parlamentin spikeri Ruben Rubinyanı dövlət vəsaitlərini israf etməkdə ittiham edib. Spikerin Kazaryanın çıxışının gündəlik çərçivəsindən kənara çıxdığını əsas gətirərək onun sözünü yarımçıq kəsməsi isə mübahisəyə səbəb olub.

Bunun ardınca “Vətəndaş müqaviləsi”nin deputatı Vahe Qalumyan ilə “Güclü Ermənistan”ın deputatı Vaginak Vartano arasında gərginlik yaranıb və əlbəyaxa dava düşüb.

Rubinyanın fasilə elan etməsindən sonra təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə ediblər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt