İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR

XƏBƏR XƏTTİ
25 sentyabrda bizi nə gözləyir? – Ulduz falıPrezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandıMülkləri ilə gündəm olan məmur istefa verdiİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEO25 sentyabrda bizi nə gözləyir? – Ulduz falıPrezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandıMülkləri ilə gündəm olan məmur istefa verdiİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEO

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıb.

Mecra.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış şəhid Kərimov Asif, şəhid Hüseynli Ədalət, şəhid Qardaşxanov Arazın ailə üzvləri ilə görüşüb və şəhid Həsənov Səidin ev muzeyini ziyarət edilib.

Görüşlər zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, Vətən qarşısında göstərdikləri misilsiz fədakarlıq və qəhrəmanlıqdan söz açılıb. Vurğulanıb ki, Azərbaycan xalqının tarixində şəhidlərimizin adı və əziz xatirəsi hər zaman böyük ehtiram və minnətdarlıq hissi ilə yad ediləcək. Onların Vətən sevgisi, mərdliyi və qəhrəmanlığı gələcək nəsillər üçün də daim örnək olacaq.

Rafiq Cəlilov qeyd edib ki, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan tarixi günlərdəndir. Bu gün torpaqlarımızın azadlığı və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunur. Şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı nəticəsində əldə olunan tarixi Zəfər Azərbaycan xalqının milli qürur mənbəyinə çevrilib. RİH başçısı bildirib ki, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.Cəlilabad rayonunda da şəhid ailələri və qazilərlə mütəmadi görüşlər keçirilir, onların müraciət və təklifləri dinlənilir, sosial-məişət problemlərinin həlli istiqamətində aidiyyəti üzrə tədbirlər görülür. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin hər bir müraciətinə həssaslıqla yanaşılır və onların qayğılarının aradan qaldırılması daim diqqətdə saxlanılır.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıdan razılıqlarını ifadə edib, dövlət tərəfindən şəhid ailələrinə göstərilən hərtərəfli dəstəyi yüksək qiymətləndiriblər. Onlar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəkilin açıqlaması yoxdur.

Bir platforma şəkili ola bilər

Bir Oval kabinet və mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Şəkilin açıqlaması yoxdur.

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər

Şəkilin açıqlaması yoxdur.

Bir mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt