Kolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADI

XƏBƏR XƏTTİ
İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib•Günün fotosu•“Heç kimə imkan vermərik ki, aramıza girsin”•“Qardaşlığımızı sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar”•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib•Günün fotosu•“Heç kimə imkan vermərik ki, aramıza girsin”•“Qardaşlığımızı sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar”•

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 23 – 27 sentyabr tarixlərində ixtisas seçimi aparılacaq.

Mecra.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan­larından “məqbul” alan abituriyentlər buraxılırlar.

İxtisas seçimi 27 sentyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi“nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kod­larının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt