Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb – FOTOLAR

XƏBƏR XƏTTİ
Beşinci Gəncə terrorundan 6 il ötür•Füzuli şəhəri günüdür•Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”•17 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•Beşinci Gəncə terrorundan 6 il ötür•Füzuli şəhəri günüdür•Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”•17 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Mecra.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 117 ailə (362 nəfər) köçürülüb.

Ağdama Bakı şəhərindən – 82 ailə (260 nəfər); Bərdə rayonundan – 10 ailə (29 nəfər); Mingəçevir şəhərindən – 7 ailə (19 nəfər); Sumqayıt şəhərindən – 5 ailə (18 nəfər); Ağcabədi rayonundan – 4 ailə (10 nəfər); Ağdam rayonundan – 2 ailə (5 nəfər); Ağdaş rayonundan – 2 ailə (5 nəfər); Abşeron rayonundan – 2 ailə (4 nəfər); İsmayıllı rayonundan – 1 ailə (6 nəfər); Beyləqan rayonundan – 1 ailə (4 nəfər); Gəncə şəhərindən – 1 ailə (2 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Beləliklə, 01.09.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə Ağdama 931 ailə (3363 nəfər) köçürülmüş olacaq (Apa).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt