Qalmaqallı kollec direktoru işdən çıxarıldı

XƏBƏR XƏTTİ
DSX-nin polkovniki vəfat etdi – FOTO•Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş – VİDEO•Biləsuvarda minik avtomobili aşdı, yaralı var•Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto•İcra başçısı Vətən müharibəsi iştirakçısına vəzifə verdi – FOTO•Qəzada yaralanan 13 yaşlı məktəbli vəfat etdi•5 oktyabrda bu bürclərə uğurlu olacaq — ULDUZ FALI•Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•DSX-nin polkovniki vəfat etdi – FOTO•Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş – VİDEO•Biləsuvarda minik avtomobili aşdı, yaralı var•Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto•İcra başçısı Vətən müharibəsi iştirakçısına vəzifə verdi – FOTO•Qəzada yaralanan 13 yaşlı məktəbli vəfat etdi•5 oktyabrda bu bürclərə uğurlu olacaq — ULDUZ FALI•Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru işdən çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.

Əmrə əsasən, Regional Kollecin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib.

X.Xudiyeva sözügedən vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu. Onunla eyni vaxtda Regional Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilən Quliyev Aslan Ələddin oğlu da işdən çıxarılıb.

Kollecin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq Nigar Səfxanovaya həvalə olunub. O bu təyinata qədər 2026-cı ilin yanvarından Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllimləri rəhbərliyin əmək müqavilələrində dəyişiklik etdiyini iddia edərək buna narazılıq etmişdilər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt