Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? – VİDEO

XƏBƏR XƏTTİ
DSX-nin polkovniki vəfat etdi – FOTO•Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş – VİDEO•Biləsuvarda minik avtomobili aşdı, yaralı var•Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto•İcra başçısı Vətən müharibəsi iştirakçısına vəzifə verdi – FOTO•Qəzada yaralanan 13 yaşlı məktəbli vəfat etdi•5 oktyabrda bu bürclərə uğurlu olacaq — ULDUZ FALI•Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•DSX-nin polkovniki vəfat etdi – FOTO•Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş – VİDEO•Biləsuvarda minik avtomobili aşdı, yaralı var•Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto•İcra başçısı Vətən müharibəsi iştirakçısına vəzifə verdi – FOTO•Qəzada yaralanan 13 yaşlı məktəbli vəfat etdi•5 oktyabrda bu bürclərə uğurlu olacaq — ULDUZ FALI•Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•

Ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-da başa çatır.

Tələbə adını qazanmaq üçün 81 mindən çox abituriyent ərizəsini təsdiqləyib.

Əvvəlki illərdə olduğu kimi, bu il də III ixtisas qrupuna müraciət edənlərin sayı üstünlük təşkil edir.

Abituriyentlər isə plan yerlərinin azlığı səbəbindən ali məktəbə qəbul oluna bilmədiklərini bildirirlər.

Təhsil ekspertlərinin sözlərinə görə, plan yerləri ilə müraciət edən abituriyentlərin sayı tərs mütənasibdir. Onlar hesab edirlər ki, plan yerləri əmək bazarının tələblərinə uyğun müəyyənləşdirilməlidir.

Məsələ ilə bağlı danışan təhsil eksperti İlham Əhmədov bildirib ki, qəbul planında artım az olsa da, abituriyentlərin sayı əhəmiyyətli dərəcədə çoxalıb:

“Müraciət edənlərin sayı təxminən 10 faiz artsa da, plan yerlərinin artımı 1 faizdən azdır. Qəbul planının müəyyənləşdirilməsi və gələcək əmək bazarının proqnozlaşdırılması elmi əsaslarla aparılmır, daha çox kortəbii xarakter daşıyır. Xüsusilə, süni intellekt dövründə bir çox peşələrin sıradan çıxması və kütləvi işsizlik riski gözlənilir. Bu səbəbdən həm ixtisas seçimi zamanı, həm də plan yerləri müəyyənləşdirilərkən bu amillər mütləq nəzərə alınmalıdır”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt