17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

XƏBƏR XƏTTİ
DSX-nin polkovniki vəfat etdi – FOTO•Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş – VİDEO•Biləsuvarda minik avtomobili aşdı, yaralı var•Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto•İcra başçısı Vətən müharibəsi iştirakçısına vəzifə verdi – FOTO•Qəzada yaralanan 13 yaşlı məktəbli vəfat etdi•5 oktyabrda bu bürclərə uğurlu olacaq — ULDUZ FALI•Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•DSX-nin polkovniki vəfat etdi – FOTO•Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş – VİDEO•Biləsuvarda minik avtomobili aşdı, yaralı var•Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto•İcra başçısı Vətən müharibəsi iştirakçısına vəzifə verdi – FOTO•Qəzada yaralanan 13 yaşlı məktəbli vəfat etdi•5 oktyabrda bu bürclərə uğurlu olacaq — ULDUZ FALI•Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.

Mecra.az DTX-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Namiq Ağalarov 2008-2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqində və beynəlxalq təşkilatların nümayəndələrinə, habelə beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakda ittiham edilir.

Ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt