İcra başçısı itkin şəhidin evində – FOTOLAR

XƏBƏR XƏTTİ
Cəlilabadda tanınmış direktor nazir tərəfindən təltif etdi•Nazir təhsil işçilərini təltif etdi – SİYAHI•Paytaxtın bəzi ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi – Yenilənib•Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqladı•Şəhid Həsənağa Abdullazadənin məzarı ziyarət olundu – FOTOLAR•“Meyvəli” bazarında DAVA: fəhləni döydü, cinayət işi açıldı•Azərbaycanda toyuq əti niyə bahalaşıb? – SƏBƏBLƏR•Cəlilabadda tanınmış direktor nazir tərəfindən təltif etdi•Nazir təhsil işçilərini təltif etdi – SİYAHI•Paytaxtın bəzi ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi – Yenilənib•Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqladı•Şəhid Həsənağa Abdullazadənin məzarı ziyarət olundu – FOTOLAR•“Meyvəli” bazarında DAVA: fəhləni döydü, cinayət işi açıldı•Azərbaycanda toyuq əti niyə bahalaşıb? – SƏBƏBLƏR•

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov itkin düşən şəhid Qafarov Rəşid Əlsafa oğlunun ailəsini ziyarət edib.

Mecra.az xəbər verir ki, icra başçısı Rafiq Cəlilov hər bir şəhid ailəsinin dövlətin, dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğunu bildirmişdir. Həmçinin Birinci Qarabağ müharibəsində Şəhid və qazi olanlar Vətən müharibəsində canlarını Vətən uğrunda qurban verən gənclər üçün böyük nümunə olduğunu qeyd etmişdir.

Ziyarət zamanı ailənin qayğı və problemləri dinlənilib, qəhrəman oğullarımızın xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı diqqətə çatdırılıb, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışılıb.

Şəhid atası Qafarov Əlsafa dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldığını bildirmiş, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt