Kolleclərə qəbul başlayıb

XƏBƏR XƏTTİ
Cəlilabadda tanınmış direktor nazir tərəfindən təltif etdi•Nazir təhsil işçilərini təltif etdi – SİYAHI•Paytaxtın bəzi ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi – Yenilənib•Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqladı•Şəhid Həsənağa Abdullazadənin məzarı ziyarət olundu – FOTOLAR•“Meyvəli” bazarında DAVA: fəhləni döydü, cinayət işi açıldı•Azərbaycanda toyuq əti niyə bahalaşıb? – SƏBƏBLƏR•Cəlilabadda tanınmış direktor nazir tərəfindən təltif etdi•Nazir təhsil işçilərini təltif etdi – SİYAHI•Paytaxtın bəzi ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi – Yenilənib•Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqladı•Şəhid Həsənağa Abdullazadənin məzarı ziyarət olundu – FOTOLAR•“Meyvəli” bazarında DAVA: fəhləni döydü, cinayət işi açıldı•Azərbaycanda toyuq əti niyə bahalaşıb? – SƏBƏBLƏR•

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı başlayıb.

Mecra.az xəbər verir ki, qeydiyyat prosesi yalnız my.gov.az portalı üzərindən həyata keçirilir.

Qeyd edək ki, qeydiyyat avqustun 31-də saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə “mygov ID” (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Onu da qeyd edək ki, şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini “SİMA rəqəmsal imza” ilə açmalıdırlar.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt