Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü

Biləsuvar rayonunda kişi arvadını döyərək, bədənində siqaret söndürüb.

Oxu.Azın məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Mirzə Qulamov (ad və soyad şərtidir) evə gələrkən həyat yoldaşını evdə tapmayıb. Məlum olub ki, həyat yoldaşı əkin sahəsinə işləməyə gedib və ondan icazə almayıb. O, həyat yoldaşını evə çağırıb və aralarında mübahisə yaranıb. Mübahisə zamanı Mirzə həyat yoldaşını döyüb, ona müxtəlif bədən xəsarətləri yetirib. Bununla sakitləşməyən M.Qulamov siqareti yandıraraq həyat yoldaşının sağ və sol qoluna basıb, onun bədəninə yanıq xəsarətləri yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər, M.Qulamov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılaraq məhkəməyə göndərilib. Biləsuvar Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.

👁 41 baxış