Sosial şəbəkələrdə “Müəllif: Ella” ləqəbi ilə tanınan bloqer hava limanında saxlanılıb.
Mecra.az “Unikal”a istinadən xəbər verir ki, Məmmədova Lalə İlham qızı məhkəmə qarşısına çıxarılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
👁 28 baxış
