“Sevgi evi”nin sahibi yenidən həbs edildi

XƏBƏR XƏTTİ
PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•26 noyabrda bizi nə gözləyir? – Ulduz falı•“Döyüş meydanında əldə edilən Qələbə siyasi və diplomatik müstəvidə də öz təsdiqini tapdı”•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•İslam Rzayevin bu əmlakları üzərinə həbs qoyuldu•PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•26 noyabrda bizi nə gözləyir? – Ulduz falı•“Döyüş meydanında əldə edilən Qələbə siyasi və diplomatik müstəvidə də öz təsdiqini tapdı”•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•İslam Rzayevin bu əmlakları üzərinə həbs qoyuldu•

“Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımova həbs olunub. 

Mecra.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi ötən ay qərar qəbul edib.

Qərara əsasən, Könül Qasımova barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4-cü ( təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Könül Qasımova 3 il öncə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi iləittiham edilərək hakim qarşısına çıxarılmışdı.

Həmin vaxt ona Sabunçu Rayon Məhkəməsinin hökmü ilə  2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi.

Təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladı olması səbəbindən qanunvericiliyə uyğun olaraq uşaq 14 yaşına çatana qədər ananın cəzasını çəkməsi təxirə salınıb.

Lakin Könül Qasımova bu əməllərindən əl çəkməyib və bu dəfə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt