Yayın “Ulduz”u işıq üzü gördü

XƏBƏR XƏTTİ
Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•Sabaha olan hava proqnozu açıqlandı•“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” – VİDEO•“Səmaların fatehi”nin – Anım günüdür•Əbədi, təkrarsız  lider•Vətən müharibəsinin səkkizinci günü – Cəbrayıl şəhəri işğaldan azad edilir•Heydər Əliyevin  titanik fəaliyyəti  nəsillərə nümunədir   •Tarixin dərslərini unutmaq olmaz!•Bakıda fərdi ev uçdu – Ölən və yaralanan var – VİDEO•Sabaha olan hava proqnozu açıqlandı•“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” – VİDEO•“Səmaların fatehi”nin – Anım günüdür•Əbədi, təkrarsız  lider•Vətən müharibəsinin səkkizinci günü – Cəbrayıl şəhəri işğaldan azad edilir•Heydər Əliyevin  titanik fəaliyyəti  nəsillərə nümunədir   •Tarixin dərslərini unutmaq olmaz!•

“Ulduz”un iyul-avqust sayı işıq üzü görüb. Qulu Ağsəs “Bircə kəlmə: Hicran”, TəranəVahid  “Yaşıl elegiya” yazıları ilə jurnalın mərhum şöbə redaktoru, yazıçı-publisist Hicran Hüseynovanı yad edirlər.

Mecra.az xəbər verir ki, “Şeir vaxtı”nda  Həmid Herisçi, Seyyidəli Sübhi, Cavid Fərzəli, Zaman Piriyev, Şəfəq Sahibli və Zaur Ərmuğandır.

“Nəsr” Nemət Mətinin “Zəlzələ”, Əli Bağışın “Dörd tabut”, Əli bəy Azərinin “Messi”, Sadiq Qarayevin “Çalası” hekayələrini təqdim edir.

Oxucular “Tərcümə saatı”nda çeçen yazıçısı  Səid-Həsən Katsayevin “Qaranlıqda” hekayəsini Seyfəddin Hüseynlinin tərcüməsində oxuya bilərlər.

“Beş əsrdir yaşayan dahi: Şekspir haqqında bilinməyən 15 fakt”ı gənc ingilis ədəbiyyatı mütəxəssisi Alsu araşdırıb.

“Ədəbi fraqmentlər”də  “Şəhidlər – Qəhrəmanlar” yazısı ilə Vaqif Yusiflidir.

İlahə Səfərzadənin “Məti Osmanoğluyla tamamlanmamış söhbət”i, Anar Seyidağanın, İbrahim Yusifoğlunun, Qəhrəman Kamiloğlunun  şeirləri, Qalib Arifin hekayəsi də bu nömrənin oxunaqlı yazılarındandır.

“Dərgidə kitab” Hafiz Ataxanlının “Varlıq və yoxluq” fantasmaqorik povestini təqdim edir.

“Dərgidə sərgi”də rəsm əsərləri ilə  Məryəm Məmmədzadədir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt