Övladlarından ayrı düşən ana uşaqlarına qovuşdu – RƏSMİ – FOTO

XƏBƏR XƏTTİ
Qaradağda palçıq vulkanı püskürdü – VİDEO•PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•26 noyabrda bizi nə gözləyir? – Ulduz falı•“Döyüş meydanında əldə edilən Qələbə siyasi və diplomatik müstəvidə də öz təsdiqini tapdı”•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•Qaradağda palçıq vulkanı püskürdü – VİDEO•PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•26 noyabrda bizi nə gözləyir? – Ulduz falı•“Döyüş meydanında əldə edilən Qələbə siyasi və diplomatik müstəvidə də öz təsdiqini tapdı”•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•

Övladları əlindən alınan ana azyaşlı uşaqlarına qovuşub.

Mecra.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, sosial şəbəkələrdə iki azyaşlı övladının tapılaraq ona qaytarılması ilə bağlı bir ananın videomüraciəti yayılmışdı.

Övladlarından ayrı düşən ana uşaqlarına qovuşdu - RƏSMİ - FOTO

“Məsələ ilə bağlı daha sonra qadın Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə – 116111 müraciət edərək 7 və 4 yaşlı övladları ilə görüşmək məqsədilə babaları tərəfindən aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirmişdi.

Qadının müraciəti əsasında məsələ Daxili İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara yönləndirilib, uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Polis və digər aidiyyəti qurumların birgə səyləri nəticəsində ötən gün uşaqlar anaya təhvil veriliblər.

Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana iki uşağına qovuşub. Uşaq hüquqlarının qorunması, uşaqların təhlükəsizliyinin və onların ali mənafelərinin təmin olunması istiqamətində daxil olan hər bir müraciət diqqətdə saxlanılır”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Gəncədə yaşayan iki uşaq anası 24 yaşlı Jalə Adil qızı Ağayeva övladlarının babası tərəfindən qaçırıldığından şikayətçi olmuşdu.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt