Şəhid baş leytenantın oğlu Çinin nüfuzlu universitetinə qəbul oldu – FOTO

“Aprel” şəhidi, baş leytenant Mirzə Novruzovun oğlu Nihad Novruzov Çinin nüfuzlu Şimal-Qərb Politexnik Universitetinə 100% təqaüdlə qəbul olunub.

Mecra.az xəbər verir ki, aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidimiz baş leytenant Mirzə Novruzovun oğlu Nihad Novruzov böyük uğura imza atıb. O, Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Şimal-Qərb Politexnik Universitetinə (Northwestern Polytechnical University — NPU) bakalavr pilləsi üzrə qəbul haqqı qazanıb.

Dünyanın top-250 universitetləri sırasına daxil olan NPU-da “Materialşünaslıq və mühəndislik” (Materials Science and Engineering) ixtisası üzrə təhsil alacaq N.Novruzov yüksək akademik göstəricilərinə görə 100% təqaüd proqramına (tam təhsil haqqı və aylıq təqaüd) layiq görülüb. O, həmçinin Çjetszyan Texnologiya Universiteti, Harbin Texnologiya İnstitutu, ADA Universiteti, Debrecen Universiteti və Edinburq Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrindən də qəbul təklifləri alıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq, şəhidimizin əmanəti olan Nihadı bu böyük nailiyyəti münasibətilə təbrik edir, ona gələcək təhsilində və elmi fəaliyyətində uğurlar arzulayırıq! Şəhid övladlarının qazandığı hər bir uğur bizim üçün böyük fəxrdir!

Bir mətn şəkili ola bilər

Bir bunu deyən yazı "TAM TaOAÜDLA QaBUL OLDU! NİHAD NOVRUZOV BAKALAVR MATERİAL ELMLARİ va MÜHANDİSLİK SEÇILaNUNIVERSITET SEÇİLAN UNİVERSİTET nT 초 I Northwestern Polytechnical University 100% TAQAÜD REYTINQ #182 Zhejiang University Technology 100% TAQAÜD REYTİNQ #550 ADA Harbin Institute of Technology ADA University REYTINQ #111 REYTİNQ #950- 1001 University of Debrecen 30% TAQAÜD University of Edinburg REYTINQ #904 BİR SEÇİM. SONSUZ İMKANLAR. REYTİNQ #41" şəkili ola bilər

👁 79 baxış