Masallı sakinləri imdad diləyirlər: “Şəhidin adına layiq küçə deyil” – VİDEO

XƏBƏR XƏTTİ
Polkovnik Əflatun Məmmədov həbs edildi•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir•Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin fotosu•Zəngəzurda saxlanılan Azərbaycan hərbçisindən son dəqiqə XƏBƏRİ•Mübariz Mənsimovun gəmisi vuruldu – Təcili•Bu məktəbə xanım direktor təyin olundu – FOTO•Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı paylaşım•Polkovnik Əflatun Məmmədov həbs edildi•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir•Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin fotosu•Zəngəzurda saxlanılan Azərbaycan hərbçisindən son dəqiqə XƏBƏRİ•Mübariz Mənsimovun gəmisi vuruldu – Təcili•Bu məktəbə xanım direktor təyin olundu – FOTO•Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı paylaşım•

Masallı rayonunun Bədəlan kəndində, şəhid Bəxtiyar Gənciyevin adını daşıyan küçədə yaşayan sakinlər yolun vəziyyətindən narazıdırlar.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, küçə uzun illərdir təmirsiz vəziyyətdədir. Yay aylarında toz-duman, qışda isə palçıq səbəbindən küçədə hərəkət etmək çətinləşir.

Onlar küçənin şəhid adına layiq olmadığını bildirirlər.

“Şəhid anasıyam, 84 yaşım var, xəstəyəm. Qışda küçə palçıq içində olur, yeriyə bilmirəm. Yoldaşım da xəstədir, o da hərəkət etməkdə çətinlik çəkir”, – deyə şəhidin anası Gülcənnət Gənciyeva narazılığını ifadə edib.

Sakinlər bildirirlər ki, küçənin asfaltlanması ilə bağlı yerli icra hakimiyyətinə müraciət etsələr də, indiyədək hər hansı iş görülməyib.

Onlar, həmçinin yağışlı havalarda yuxarı ərazilərdən gələn suyun küçəyə axdığını, ərazidə kanalizasiya sisteminin olmadığını deyirlər.

Yerli icra hakimiyyətindən isə bildirilib ki, hazırda büdcədə vəsait olmadığı üçün təmir işləri həyata keçirilməyib. Qeyd olunub ki, vəsait ayrıldıqdan sonra yolun asfaltlanması planlaşdırılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt