“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

XƏBƏR XƏTTİ
Qaradağda palçıq vulkanı püskürdü – VİDEO•PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•26 noyabrda bizi nə gözləyir? – Ulduz falı•“Döyüş meydanında əldə edilən Qələbə siyasi və diplomatik müstəvidə də öz təsdiqini tapdı”•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•Qaradağda palçıq vulkanı püskürdü – VİDEO•PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üzrə – Qəbul cədvəli•Ürək çatışmazlığından ölənlər: Dünyada və bizdəki vəziyyət – Araşdırma•Xalq artisti Elmira Şabanova vəfat etdi•Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – 652 bal toplamışdı…•26 noyabrda bizi nə gözləyir? – Ulduz falı•“Döyüş meydanında əldə edilən Qələbə siyasi və diplomatik müstəvidə də öz təsdiqini tapdı”•Azərbaycanda yeni Mərkəz yaradılır – Fərman•

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 general-mayoruna “general-leytenant” ali hərbi rütbəsi verilib.

“Qafqazinfo”nun məlumatına görə, general-leytenant olan zabitlərdən 1987-ci il təvəllüdlü Babək Mürsəl oğlu Ələkbərov 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O həm də Vətən Müharibəsi Qəhrəmanıdır.

“General-leytenant” ali hərbi rütbəsi verilən Aqşin Ramiz oğlu Məhərrəmov isə Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanıdır.

General-leytenant olan Faiq Həmzəağa oğlu Məmmədova gəlincə, o, bu ilin aprelində Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri təyin edilib. Daha əvvəl DSX-də Baş idarə rəisi, DSX Akademiyasının rəis əvəzi kimi önəmli vəzifələrdə də çalışıb.

Qeyd edək ki, dövlət başçısının Sərəncamı ilə DSX-nin polkovniki Elfan Şakir oğlu Quliyevə də ali hərbi rütbə verilib. O, bu gündən “general-mayor” ali hərbi rütbəsini daşıyacaq.

Fotoda Babək Ələkbərov

Fotoda Aqşin Məhərrəmov

Fotoda Faiq Məmmədov

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt