Quzeyxırman, Güneyxırman və Kiçik Qaladərəsi kəndinə növbəti köç karvanı yola salındı – FOTOLAR

XƏBƏR XƏTTİ
Paytaxtın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•“Həmin hərbçini təhvil verə bilməyimiz üçün bizə məhbuslardan birini verin” – Paşinyan•Vurulan gəmidə yaralananlardan biri də Masallı sakini Coşqun olub – VİDEO•7 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI•Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi•Sumqayıtda məktəb direktoru vəfat etdi•Boş qalan dövlət sifarişli yerlərlə bağlı açıqlama•Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı saxlanıldı•Paytaxtın bu ərazilərində işıq olmayacaq – Xəbərdarlıq•“Həmin hərbçini təhvil verə bilməyimiz üçün bizə məhbuslardan birini verin” – Paşinyan•Vurulan gəmidə yaralananlardan biri də Masallı sakini Coşqun olub – VİDEO•7 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI•Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi•Sumqayıtda məktəb direktoru vəfat etdi•Boş qalan dövlət sifarişli yerlərlə bağlı açıqlama•Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı saxlanıldı•

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Mecra.az xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə (82 nəfər), Güneyxırman kəndinə isə 21 ailə (103 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 11 ailə (39 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Beləliklə, 17.08.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 47 yaşayış məntəqəsində 9557 ailə (38612 nəfər) məskunlaşmış olacaq (apa).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt