Cəlilabadda 35 küçədə asfaltlaşdırma işləri həyata keçiriləcək – FOTO

Yaxın günlərdə Cəlilabad rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, küçələrin abadlaşdırılması və asfaltlanması, piyada hərəkəti üçün əlverişli şəraitin yaradılması və çoxmərtəbəli yaşayış binalarının təmiri istiqamətində tədbirlərə müvafiq sənədləşmə işləri yekunlaşdıqdan sonra başlanılacaqdır.

Mecra.az-ın məlumatına görə, belə ki, Cəlilabad şəhərində 30 küçənin asfaltlaşdırılması, o cümlədən: Məlik Quliyev, Ziya Bünyadov, Arif Qubadov, Fətulla Niftullayev, Cavanşir, Dostluq, Dostluq küçəsi ilə Rəfail İşiyev küçəsini birləşdirən döngə, Mehdi Hüseyn küçəsi ilə Koroğlu küçəsini birləşdirən döngə, Mehdi Hüseyn küçəsi ilə Qara Qarayev küçəsini birləşdirən döngə, Mustafa Nuriyev, Lütfəli Abdullayev, Səməd Vurğun küçəsi döngə 1, Səməd Vurğun küçəsi döngə 2, Vüqar Mürsəlov, Faiq Cəfərov, Koroğlu, Mübariz İbrahimov, Abbas Səhət, Naxçıvan, 20 Yanvar, 20 Yanvar küçəsi döngə 3, M.H.Şəhriyar, Qara Qarayev, Mir Cəlal Paşayev, Həsən Əliyev, Mirsəfa Mirəşrəfbəyli, İbn Sina, S.Ə.Şirvani, İbn Sina küçəsi ilə S.Ə.Şirvani küçəsini birləşdirən döngə, Babək küçəsi ilə M.H.Şəhriyar küçəsini birləşdirən döngə.Göytəpə şəhərində 5 küçə, o cümlədən: Məmməd Əmin Rəsulzadə, Hikmət Abbasov, Əli Musayev, Valeh Mehtiyev və Namiq Həsənov küçəsinə asfalt vurulması həyata keçiriləcəkdir. Ümumilikdə, 2026-cı ildə rayon ərazisində 35 küçədə asfaltlaşdırma işləri həyata keçiriləcəkdir.

Bununla yanaşı, rayon ərazisində genişmiqyaslı abadlıq və quruculuq tədbirləri də həyata keçiriləcək. Cəlilabad şəhərində Bayraq meydanının əsaslı təmiri və abadlaşdırılması, Heydər Əliyev prospektində piyada səkinin əsaslı təmiri, şəhid İlqar Zeynalov küçəsində piyada səkilərinin salınması, Ulu Öndər Heydər Əliyevin abidəsinin ətrafının abadlaşdırılması, şəhid Kamran İsgəndərli küçəsində yağış qəbuledici barmaqlıqların və su arxının əsaslı təmiri işlərinin görülməsi nəzərdə tutulur.

Göytəpə şəhərində isə şəhid Vüsal Cəfərov küçəsində və Qurtuluş küçəsində piyada səkilərinin salınması planlaşdırılır.Eyni zamanda, Cəlilabad şəhəri İlqar Zeynalov küçəsi bina 120 və 122, Heydər Əliyev prospekti bina 118, Zərifə Əliyeva küçəsi bina 28, 29 və 30A, İlqar Zeynalov küçəsi bina 6 və 11, 20 Yanvar küçəsi bina 2, eləcə də Göytəpə şəhəri O.Eynullayev küçəsi bina 58 ünvanlarında yerləşən çoxmərtəbəli yaşayış binalarında cari təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.

Həyata keçiriləcək tədbirlər Cəlilabad rayonunda şəhər infrastrukturunun daha da yaxşılaşdırılmasına, küçə və yolların müasir tələblərə uyğunlaşdırılmasına, piyada və nəqliyyat hərəkəti üçün daha əlverişli şəraitin yaradılmasına, yaşayış binalarının vəziyyətinin yaxşılaşdırılmasına və rayonun ümumi abadlığının daha da yüksəldilməsinə xidmət edəcəkdir.

 

👁 65 baxış