İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə 14 avqust 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşların qəbulu keçirilib.

Mecra.az xəbər verir ki, qəbulda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

Qəbulda rayonun müxtəlif yaşayış məntəqələrindən olan sakinlər iştirak edərək müraciətlərini səsləndiriblər. Qəbul zamanı rayon rəhbəri tərəfindən vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş, icra hakimiyyətinin səlahiyyətlərinə aid məsələlərin həlli istiqamətində konkret göstərişlər verilmişdir. Digər müraciətlərlə bağlı isə vətəndaşlara ətraflı izah verilib və müvafiq dövlət qurumlarına müraciət etmələri tövsiyə olunub.

Şəkilin açıqlaması yoxdur.

Şəkilin açıqlaması yoxdur.

Şəkilin açıqlaması yoxdur.

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər

👁 64 baxış