Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı – VİDEO

XƏBƏR XƏTTİ
Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”•17 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•Bu yol bağlı olacaq – Sürücülərin nəzərinə!•Ramiz Mehdiyev YAP-dan çıxarıldı•Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”•17 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR•Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib•“Bizim öz yolumuz var” – İlham Əliyev•Yeni marşrut xətti istifadəyə verilir•Bu yol bağlı olacaq – Sürücülərin nəzərinə!•Ramiz Mehdiyev YAP-dan çıxarıldı•

Cəlilabadda Paşatəpə qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi aşkar edilib.

Mecra.az xəbər verir ki, rayonun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı yeni elmi nəticələr əldə olunub.

Tədqiqatlar zamanı dulus sobası aşkar edilib. Arxeoloqların qənaətinə görə, bu tapıntı Paşatəpənin qədim neolit dövrünə aid sənətkarlıq məhəlləsi olduğunu təsdiqləyir.

Eləcə də daş əmək alətləri, əkinçilikdə istifadə olunduğu ehtimal edilən tam vəziyyətdə maral buynuzu və digər qiymətli arxeoloji nümunələr də üzə çıxıb.

Mütəxəssislər bildirirlər ki, tapıntılar üzərində aparılacaq elmi araşdırmalar Paşatəpədə yaşamış insanların təsərrüfatı və sənətkarlıq fəaliyyəti barədə daha dolğun məlumat əldə etməyə imkan verəcək. (Apa.az)


Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt