Cəlilabadda Heydər Əliyevin hakimiyyətə gəlişinin 57-ci ildönümü qeyd olundu – FOTOLAR

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Mecra.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Qalib Xudaverdiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edərək abidənin önünə gül-çiçək dəstələri qoymuş, sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən foto sərgilərə baxış keçirmişlər.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Qalib Xudaverdiyev çıxış edərək qeyd edib ki, Ümummilli Liderin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü tarixi xalqımızın taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövrü ölkənin sosial-iqtisadi inkişafında, elm, təhsil, mədəniyyət və sənayenin tərəqqisində mühüm rol oynayıb. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməl yaradılıb. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir.
Tədbirdə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Daha sonra Yeni Azərbaycan Partiyası Cəlilabad rayon Təşkilatının sədri Mirsüleyman Mirxaslı, Cəlilabad bələdiyyəsinin sədr müavini Elçin Hüseynov və Həkim-Nevropatoloq Gülər İskəndərova çıxış edərək bildirib ki, Ümummilli Liderin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib.

👁 42 baxış