Cəlilabad rayonunda Cənubi Qafqaz üçün analoqu olmayan sferik daş kürənin aşkar edilməsi ilə bağlı xəbər Böyük Britaniyanın ən elmi-populyar nəşrlərindən biri olan “Heritage Daily”də yayımlanıb.
Mecra.az xəbər verir ki, arxeologiya, paleontologiya, antropologiya və tarix sahələrinə həsr olunmuş sayt 2011-ci ildə yaradılıb.
Saytın əsas məqsədi dünyada aparılan yeni arxeoloji qazıntılar, qədim tapıntılar və elmi araşdırmalar haqqında məlumat yaymaqdır.
Cəlilabaddakı həmin tapıntı barədə saytda geniş məlumat verilib. Bildirilib ki, tapıntı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.
Tapıntının çəkisinin 1 kiloqram 870 qram, diametri isə təxminən 10 santimetr olduğu qeyd edilib. (Qafqazinfo).
👁 84 baxış
