“Kəndə gedən yol dağılıb, gediş-gəliş kəsilib” – Zaqatalada güclü sel FƏSADLAR TÖRƏDİB – VİDEO

XƏBƏR XƏTTİ
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb•Bakıda genişmiqyaslı əməliyyat – 200-dən çox saxlanılan var•Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır – Tədbirlər görülür•Zelenski Trampın həmin açıqlamasına cavab verdi•Bu rayonda 2 gün su olmayacaq – Xəbərdarlıq•DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi•“Məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi müşahidə olunur”•Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTOLAR•İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb•Bakıda genişmiqyaslı əməliyyat – 200-dən çox saxlanılan var•Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır – Tədbirlər görülür•Zelenski Trampın həmin açıqlamasına cavab verdi•Bu rayonda 2 gün su olmayacaq – Xəbərdarlıq•DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi•“Məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi müşahidə olunur”•Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTOLAR•

Son günlər şimal-qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti Zaqatala rayonunda ciddi fəsadlara səbəb olub.

Baku TV-nin məlumatına görə, əsasən, Yuxarı Tala kəndi ərazisində çətinliklər yaranıb.

Talaçayda baş verən sel nəticəsində Meşleş kəndinə gedən avtomobil yolunun təxminən 800 metrlik hissəsi tamamilə yuyulub. Hazırda 36 təsərrüfatın yerləşdiyi kənddə avtomobillərin hərəkəti məhdudlaşıb. “Kəndə gedən yol dağılıb, gediş-gəliş kəsilib”, – deyə sakinlərdən biri bildirib.

“Sel kənddə böyük problemlər yaradıb. Kəndin yuxarı tərəfində Meşleş kəndi yerləşir. Orada yaşayan insanlar ərzaq, su və avtomobil yolu ilə bağlı ciddi çətinliklərlə üzləşiblər. Yollar tamamilə bərbad vəziyyətdədir”, – digər sakin deyib. Qeyd edək ki, sel rayonun digər yaşayış məntəqələrinə də ziyan vurub. Təsərrüfatlar və əkin sahələri su altında qalıb. Yolların bərpası və kəndlərlə nəqliyyat əlaqəsinin yenidən təmin olunması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin aparıldığı bildirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt