Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi – FOTO – VİDEO

XƏBƏR XƏTTİ
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb•Bakıda genişmiqyaslı əməliyyat – 200-dən çox saxlanılan var•Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır – Tədbirlər görülür•Zelenski Trampın həmin açıqlamasına cavab verdi•Bu rayonda 2 gün su olmayacaq – Xəbərdarlıq•DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi•“Məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi müşahidə olunur”•Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTOLAR•İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb•Bakıda genişmiqyaslı əməliyyat – 200-dən çox saxlanılan var•Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır – Tədbirlər görülür•Zelenski Trampın həmin açıqlamasına cavab verdi•Bu rayonda 2 gün su olmayacaq – Xəbərdarlıq•DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi•“Məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi müşahidə olunur”•Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTOLAR•

Yağan intensiv yağışlar və sel suları Zaqatala rayonunun bir sıra yaşayış məntəqələrinə ciddi ziyan vurub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Zaqatala Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda ən ciddi problemlərdən biri şəhərin içməli su təminatı ilə bağlıdır.

“Sel nəticəsində yaranan fəsadlar səbəbindən Zaqatala şəhərinin bəzi ərazilərinə suyun verilməsi təxminən 10 gün müddətində mümkün olmaya bilər. Eyni zamanda, İkinci Tala kəndində də içməli su təchizatının bərpasının 10-15 gün çəkəcəyi ehtimal edilir.

Ötən gün Vöhtala kəndi ilə əlaqə müvəqqəti olaraq kəsilsə də, əhalinin təhlükəsiz ərazilərə təxliyəsi həyata keçirilib.

Sel suları Vöhtala, Aşağı Çardaxlar, Bəhmədli və Lahıc kəndlərində də ciddi fəsadlar törədib. Meşleş kəndində isə təhlükəsizlik məqsədilə sakinlər təxliyə olunublar.

Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi - FOTO - VİDEO

Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi - FOTO - VİDEO

Hazırda adıçəkilən kəndlərdə elektrik enerjisinin verilişi hələ də bərpa edilməyib. Bundan başqa, Zaqatala şəhərinin “Qaqarin” adlanan ərazisində də dünəndən etibarən qaz və elektrik enerjisinin verilməsində fasilələr yaranıb. 1 saylı poçt binasını sel yuyub.

Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi - FOTO - VİDEO

Həyətlərə su dolduğu üçün toyuq çüçə tələf olub, əkin sahələri, fındıq bağları, mövsümi tərəvəz sahələrinə ziyan dəyib.

Hazırda hava günəşlidir və aidiyyəti qurumların əməkdaşları selin fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər”, – deyə məlumatda bildirilir.

Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi - FOTO - VİDEO

Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi - FOTO - VİDEO

Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi - FOTO - VİDEO

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt